Gündəm / Siyasət / Cəmiyyət
Zakir Həsənov Özbəkistana getdi

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Özbəkistan müdafiə naziri general-leytenant Baxodir Kurbanovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.
Globalpress.az xəbər verir ki, bu barədə MN- dən məlumat verilib.
Səfər çərçivəsində keçiriləcək görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirəsi planlaşdırılır.