Gündəm / Siyasət / Cəmiyyət
Müdafiə Naziri Qazaxıstanlı həmkarı ilə görüşdü

Qazaxıstan Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 18-də bu ölkənin müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Globalpress.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə Astana şəhərində rəsmi qarşılanma mərasimi təşkil edilib.
Müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq general-polkovnik Z.Həsənov fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Sonra Qazaxıstan Resublikasının Müdafiə Nazirliyində görüş keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha çox xəbər:

Zakir Həsənov İtaliyanın müdafiə naziri ilə görüşüb, hərbi əməkdaşlıq məsələsi müzakirə olunub

Müdafiə nazirləri bəyannamə imzaladı

Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü olub

Zakir Həsənov Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

Zakir Həsənov İtaliyanın yeni səfiri ilə görüşüb - FOTO