Gündəm / Siyasət / Dünya
Blinkenlə Mahmud Abbas arasında telefon danışığı olub

ABŞ dövlət katibi Entoni Blinken Fələstin dövlətinin Prezidenti Mahmud Abbasa zəng edib.
Globalpress.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasa zəng edərək Qəzzada Əl-Əhli xəstəxanasındakı partlayış nəticəsində həlak olan mülki vətəndaşlara görə ona başsağlığı verib.
"Dövlət katibi ABŞ-ın Fələstin xalqına davamlı dəstəyini ifadə edərək vurğulayıb ki, HAMAS fələstinliləri və ya onların öz müqəddəratını təyinetmə və ləyaqət, azadlıq, təhlükəsizlik və ədalətlə ilə bağlı qanuni istəklərini təmsil etmir", məlumatda deyilir.