Gündəm / Siyasət / Dünya
Bu gün Almaniyanın Xarici işlər naziri İsrailə gəlir

Almaniyanın xarici işlər naziri Analena Berbok bu gün İsrailə səfər edəcək.
Globalpress.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi bildirib.
Qeyd edək ki, səfərdən əvvəl Berlində danışıqlar aparılıb və Berbok Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Than ilə görüşüb.
Almaniya HƏMAS-ı rəsmi olaraq terror təşkilatı kimi tanıyıb.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinin rəsmisi Entoni Blinken İsraildə rəsmi səfərdə olub. Blinken İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.
Əldə olan məlumata görə, Netanyahu ilə görüşdən sonra Blinken Fələstin prezidenti Mahmud Abbasla görüşməlidir.