Gündəm / Siyasət / Dünya
2023-cü ilin sonuna qədər sülh müqaviləsini imzalamağa hazıram

Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu açıqlayıb.
Globalpress.az xəbər verir ki, o, Avropa Parlamentində çıxışı zamanı deyib:
“Bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”.
Paşinyan bildirib ki, Ermənistan Avropa İttifaqı ilə münasibətləri regional münasibətlərə qarşı qoymadan dərinləşdirmək niyyətindədir.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan sərhədində monitorinq aparan Avropa İttifaqının mülki monitorinq missiyasının simasında Ermənistanla Aİ arasında münasibətlərə “təhlükəsizlik elementi” əlavə edilib.
Paşinyan Ermənistan və Aİ arasında münasibətlərin “yüksək dinamikası” barədə danışıb və qeyd edib ki, “demokratiya Ermənistanın strateji seçimidir”.
“Aydındır ki, Aİ təsisatları arasında münasibətlərin dərinləşdirilməsi üçün konsensus var”, - deyə o əlavə edib.
Daha çox xəbər:

2023-cü ilin sonuna qədər sülh müqaviləsini imzalamağa hazıram

Paşinyan sülh müqaviləsi imzalamağa hazırlaşır

Ermənistan XİN Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu təsdiqləyib

"Rusiyanın təklifləri əsasında Azərbaycanla müqavilə imzalamağa HAZIRAM" -

Ermənistan TŞ-nin katibi: "İlin sonunadək Azərbaycanla sülh sazişi imzalanacaq"