Gündəm / Siyasət / Cəmiyyət
20:27, 04 Ekim 2023
0

Sülh danışıqları bərpa edilməlidir

Sülh  danışıqları  bərpa  edilməlidir


Azərbaycan və Ermənistan arasında sülh danışıqları dərhal bərpa edilməlidir.
Globalpress.az- ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-nin Hudson İnstitutunda Qarabağla bağlı keçirilən müzakirələr zamanı deyib.

“Kommunikasiyaların bərpasını müzakirə etməliyik. Həmçinin, sərhədlərin delimitasiyası ilə bağlı müzakirələr də bərpa olunmalıdır. Hazırda Azərbaycan suveren ərazisində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi mövcudluğunu aradan qaldırıb. Ölkəmiz Qarabağ regionunun erməni sakinləri ilə dialoq aparır. Həmin dialoqda reinteqrasiya planları öz əksini tapıb”, – deyə E.Əmirbəyov qeyd edib.
Digər xəbərlər: