Gündəm / İqtisadiyyat / Cəmiyyət
16:41, 02 Ekim 2023
0

Qarabağda Azərbaycan manatına keçilməsi təmin olunur

Qarabağda Azərbaycan  manatına keçilməsi  təmin olunur


Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası çərçivəsində Azərbaycan Respublikasının milli valyutasının tam tədavülə keçməsi təmin edilir.
Globalpress.az- ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayıb.

Sakinlərin yaşadıqları ərazilərdə sahibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq subyektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və onlar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tənzimlənir.
Digər xəbərlər: