Gündəm / Siyasət / Cəmiyyət
Qarabağdakı erməni sakinlərlə görüş başladı

Qeyd edək ki, bu gün, martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb. Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov də iştirak edib.
Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar davam etdiriləcək
Daha çox xəbər:

Qarabağdakı erməni sakinlərlə görüş başladı

Böyük britaniyalı tədqiqatçı azərbaycanlı ekofəalların aksiyası ilə bağlı paylaşım edib

80 gündür Laçın- Xankəndi yolunda aksiya davam edir

Azərbaycan nümayəndələrinin Xocalıya səfəri ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan monitorinq qrupu Xocalıda görüş keçirdi