Gündəm / Siyasət / Cəmiyyət
Rəsmi Bakı Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Ermənistanın Azərbaycan ərazisində yaratdığı və hələ də dəstəklədiyi qanunsuz rejimin “danışıqlara başlamaq çağırışı” ilə əlaqədar bildirir ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir neçə dəfə ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini dialoqa dəvət edib. Lakin onlar hər dəfə bundan imtina ediblər.
Globalpress.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yaydığı açıqlamada bildirilib.
“Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirir. Lakin antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək”, - qeyd olunub.
Daha çox xəbər:

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması

Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini Bakıda görüşə dəvət edir

Qarabağdakı erməni sakinlərlə görüş başladı

Qarabağdakı erməni sakinlərlə görüş başladı

İlham Əliyevdən Prezident Administrasiyası ilə bağlı SƏRƏNCAM