Gündəm / Cəmiyyət / Sosial
İtkin düşmüş şəxslərin kimliyi bilinib

Bu günədək itkin düşmüş 3890 şəxsdən 3407-sinin ailə üzvlərindən 10 815 bioloji nümunə götürülüb.
Globalpress.az xəbər verir ki, bu sözləri “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda hərbi prokuror Xanlar Vəliyev deyib.
X. Vəliyevin sözlərinə görə, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin götürülməsi prosesi xeyli sürətləndirilib: “Meyit qalıqlarının məhkəmə molekulyar genetik ekspertiza zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş 25 nəfərin şəxsiyyəti müəyyənləşib, meyit qalıqlarından 12-si artıq ailə üzvlərinə təhvil verilib. Hazırda digər meyit qalıqlarının kimliyinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə insan meyit qalıqlarının axtarışı prosesinin müəyyən obyektiv çətinlikləri var. Belə ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin basdırıldıqları kütləvi məzarlıqların əraziləri Ermənistan tərəfinə məlum olduğu halda, bununla bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, bu günədək Ermənistan həmin ərazilərin koordinatları barədə məlumatları verməkdən qəsdən yayınıb”.
Daha çox xəbər:

İtkin düşmüş şəxslərin kimliyi bilinib

Ermənistan Azərbaycana I Qarabağ müharibəsində itkin düşmüş 10 nəfərin meyit qalıqlarını və iki xəritə verib

BQXK itkin düşmüş şəxslərin axtarışı ilə məşğul olur

Əli Nağıyev Ermənistana müraciət etdi

Abxaziya müharibəsində itkin düşənlərin nəşi Tbilisiyə gətirilib