Gündəm / Hadisə / Dünya
19:54, 19 Temmuz 2023
0

Abxaziya müharibəsində itkin düşənlərin nəşi Tbilisiyə gətirilib

Abxaziya  müharibəsində itkin düşənlərin  nəşi Tbilisiyə  gətirilib


1992-1993-cü illərdə Abxaziya müharibəsi zamanı itkin düşmüş 13 mülkü vətəndaşın nəşi müəyyən edilərək Tbilisiyə gətirilib.

Globalpress.az- ın məlumatına görə, proses Gürcüstanın Dövlət Naziri Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə əməkdaşlığı ilə ikitərəfli gürcü-abxaz koordinasiya mexanizmi çərçivəsində baş tutub.

İtkin düşənlərin şəxsiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməyi ilə müəyyən edilib.

Məlumat üçün bildirək ki, Abxaziyada baş vermiş silahlı münaqişə ilə bağlı işləyən koordinasiya mexanizmi yaradıldıqdan sonra 228 nəfərin meyiti tapılaraq ailələrinə təhvil verilib.

Qeyd edək ki, bu günədək Abxaziya müharibəsi nəticəsində 1928 hərbi və mülki şəxs itkin düşmüş hesab olunur.
Digər xəbərlər: