Gündəm / Siyasət / Dünya
22:19, 14 Eylül 2023
0

Ukrayna Silahlı Qüvvələri Ruslara zərbə endirdi

Ukrayna Silahlı Qüvvələri  Ruslara zərbə  endirdi


Ukrayna Müdafiə Qüvvələri rus işğalçılarının arxa cəbhəsinə zərbələr endirib.

Globalpress.az- ın məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

"Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində düşmənin şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 10 zərbə endirib", - məlumatda vurğulanıb.

Bundan əlavə, Ukrayna raket qüvvələrinin bölmələri rus ordusunun bir idarəetmə məntəqəsini, iki zenit-raket kompleksini, 5 artilleriya silahını və düşmənin bir döyüş sursatı anbarını vurub.
Digər xəbərlər: