Gündəm / Siyasət / Cəmiyyət
Bunlar ABŞ Konqresinin nüfuzuna xələl gətirir”

ABŞ senatoru Bob Menendes ciddi korrupsiya ittihamlarına cavab vermək əvəzinə, yalan məlumat və saxta fotolarla ABŞ Senatının Xarici Əlaqələr Komitəsinə yalanlar deyir.
Globalpress.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabındakı paylaşımda B.Menendesə cavab olaraq yazıb.
“Fotodakı şəxs xərçəngdən dünyasını dəyişib. Ermənilərin özləri əsaslı tibbi sübutlardan sonra bu çılpaq yalandan istifadə etməkdən utanc duyurlar”, - deyə H.Hacıyev qeyd edib.
Onun sözlərinə görə, bu cür lobbiçilik, açıq-aşkar yalan, azərbaycanlılara və digərlərinə qarşı irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal nüfuzuna xələl gətirir.
Daha çox xəbər:

Hikmət Hacıyev Alen Simonyana cavab verib.

Hacıyev Sallivanla sülh danışıqlarını müzakirə etdi

Hikmət Hacıyev ABŞ rəsmisi ilə Ermənistanla münasibətlərin normallaşmasını müzakirə etdi

ABŞ və Fransa səfirləri dəfələrlə dəvət olunmalarına baxmayaraq, Şuşaya səfər etməkdən imtina edirlər"

Hikmət Hacıyev Türkiyəyə başsağlığı verdi