Gündəm / Siyasət / Dünya
Ərdoğan G20 sammitində hesabat təqdim edəcək

Globalpress.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanda keçirilən G20-nin 18-ci sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Soçidəki görüşüş nəticələrini Qərb liderlərinə təqdim edəcək.
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan sentyabrın 4-də Soçidə görüşüblər. İki ölkə liderləri “taxıl müqaviləsi” ətrafında vəziyyəti və digər məsələləri müzakirə ediblər.
“Zirvə çərçivəsində Ərdoğan həmçinin G20 ölkələrinin dövlət və hökumət başçıları ilə danışıqlar aparacaq, əsas diqqət Türkiyə və BMT-nin Qara dəniz vasitəsilə taxıl ixracını bərpa etməyə yönələcək”, - mənbə bildirib.
Taxıl sazişi iyulun 18-də dayandırılıb. Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə xəbərdar edib. Rusiya prezidenti Vladimir Putin daha əvvəl qeyd edib ki, onun ölkəsi ilə bağlı razılaşmanın şərtləri BMT-nin səylərinə baxmayaraq yerinə yetirilməyib. O, Qərb ölkələrinin öz vədlərini yerinə yetirmək niyyətində olmadığını deyib.
Mənbə RİA Novosti
Daha çox xəbər: