Gündəm / Siyasət / Dünya
13:34, 07 Eylül 2023
0

Rusiyadan bu təlimə reaksiya

Rusiyadan bu təlimə  reaksiya


Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqdir. Moskva hesab edir ki, müttəfiqlik ruhuna uyğun olaraq KTMT-dəki müttəfiqlərlə təlimlər praktikasına riayət etmək lazımdır”.
Globalpress.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ermənistan ərazisində keçiriləcək Ermənistan və ABŞ-nin birgə hərbi təlimlərini şərh edərkən deyib.

O, Rusiyada bu məsələyə diqqət yetirildiyini və ABŞ ilə təlimlərin Moskvada narahatlıqla qarşılandığını vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi sentyabrın 11-dən 20-dək beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində Ermənistan və ABŞ-nin “Eagle partner 2023” adlı birgə hərbi təlimlər keçirəcəyini xəbər verib.

Mənbə: TASS
Digər xəbərlər: