Gündəm / Dünya / Hadisə
09:31, 06 Eylül 2023
0

Kiyevə raket hücumu olub

Kiyevə  raket  hücumu  olub


Rusiya silahlı qüvvələri sentyabrın 6-da səhər tezdən Kiyevə raket zərbələri endirib.

Səhər saatlarından başlayaraq Kiyevdə hava həyəcanı siqnalı çalınıb, bundan sonra partlayış səsləri eşidilməyə başlayıb.

Kiyev şəhər Hərbi Administrasiyasının yaydığı məlumata görə, Rusiyanın atdığı raketlər hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

"Düşmən dinc şəhərə növbəti raket hücumu həyata keçirib. Yenə də hücum sadə deyil, birləşmiş xarakter daşıyır. Əvvəlcə, Rusiya Federasiyasının Saratov vilayətindən Tu-95MS strateji aviasiya təyyarələrindən X-101/555/55 tipli qanadlı raketlər atılıb. Sonra Kiyevə fərqli tipli, ehtimal ki, ballistik raketlər buraxılıb”, - məlumatda bildirilir.

Globalpress.azxəbərverir ki, Kiyevdə tələfat və dağıntı yoxdur..
Digər xəbərlər: