Gündəm / Siyasət / Dünya
Cozef Borrell Gürcüstana gəlir

Cozep Borrellin Tbilisiyə gələcəyi tarix məlum oldu
Cozep Borrellin Tbilisiyə gələcəyi tarix məlum oldu
Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Gürcüstana 7-8 sentyabr tarixlərində səfər edəcək.
Globalpress.az xəbər verir ki, məlumatı Avropa Xarici Fəaliyyət Xidməti təsdiq edib.
"AB nümayəndəsinin hazırkı vəzifədə ölkəyə ilk səfəri Gürcüstanın Avropaya inteqrasiyası prosesini müzakirə etmək, o cümlədən, daha geniş xarici siyasət və regional məsələlərinə dair fikir mübadiləsi aparmaq üçün imkan yaradacaq", - məlumatda deyilir.
Qeyd edilib ki, Borrelli Gürcüstan Prezidenti Salome Zurabişvili qəbul edəcək.
Həmçinin, AB-nin nümayəndəsinin Gürcüstanın Baş naziri İrakli Qaribaşvili və xarici işlər naziri İlya Darçiaşvili də görüşü planlaşdırılır.
Daha çox xəbər: