Gündəm / Siyasət / Dünya
06:42, 05 Eylül 2023
0

Prezidentin impiçmenti üçün imza toplanmağa başlanıldı

Prezidentin impiçmenti  üçün  imza  toplanmağa  başlanıldı


Gürcüstan parlamentinin hakim “Gürcü arzusu” fraksiyası Prezident Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlamaq üçün 50 deputatın imzasını toplamağa start verib.

Globalpress.az xəbər verir ki, bu barədə fraksiya lideri Mamuka Mdinaradze brifinqdə məlumat verib.

“Sənədlərin hazırlanması çərşənbə gününə qədər başa çatacaq, sonra onlar Prosessual Məsələlər Komitəsinə təqdim olunacaq ki, o da öz növbəsində imzaların həqiqiliyini yoxlayacaq. Bundan sonra biz bu sənədləri Gürcüstan Konstitusiya Məhkəməsinə təqdim edəcəyik”, – Mdinaradze bildirib.
Digər xəbərlər: