Gündəm / Siyasət / Dünya
12:59, 01 Eylül 2023
0

Prezidentə qarşı impiçment

Prezidentə qarşı  impiçment


Hakim “Gürcü Arzusu” partiyası hökumətlə razılaşdırılmayan bir sıra Avropa səfərlərinə görə respublika prezidenti Salome Zurabişviliyə qarşı impiçment proseduruna başlayıb.
Globalpress.az “Sputnik Gürcüstan” partiya sədri İrakli Kobaxidzeyə istinadla məlumat yayıb.

İ. Kobaxidze deyib ki, deputatlar siyasətçinin respublika konstitusiyasını kobud şəkildə pozduğuna görə belə bir addım atmağa qərar veriblər.

“Prezident ölkəni xaricdə təmsil edir və beynəlxalq danışıqlarda ancaq hökumətin razılığı ilə iştirak edir”, - deyən Kobaxidze Zarubaşvilinin özü üçün tur təşkil etdiyini və avropalılarla icazəsiz danışıqlar apardığını bildirib.
Digər xəbərlər: