Gündəm / Siyasət / Dünya
Rusiya bundan narahatdır.

Ermənistan Baş naziri Nikol Paşinyanın İtaliya mətbuatına müsahibəsində Rusiya ilə bağlı açıqlamaları qəbuledilməzdir, Moskvada bundan son dərəcə narazıdırlar.
Globalpress.az xəbər verir ki,“Moskva Ermənistan rəhbərliyinin son ictimai bəyanatlarından, o cümlədən Paşinyanın İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsindən və Ermənistan XİN-nin avqustun 31-də verdiyi şərhdən son dərəcə narazıdır. Ton və məzmun, səhvlərinə görə məsuliyyəti Rusiyaya ötürmək qəbuledilməzdir”, - mənbə bildirib.
Qeyd edilib ki, Rusiya Ermənistanın ən yaxın dostu və qonşusu kimi Cənubi Qafqaz regionunu tərk etmək fikrində deyil, lakin İrəvan Qərbin Rusiyanı sıxışdırmaq üçün alətinə çevrilməməlidir.
Mənbə əlavə edib ki, Rusiya Ermənistanla təhlükəsizlik və iqtisadiyyat sahələrində münasibətlərə bir ölkənin digərindən asılılığı kimi deyil, bərabərhüquqlu, qarşılıqlı faydalı və sübut olunmuş tərəfdaşlıq kimi baxır.
Daha çox xəbər:

“İrəvan Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Moskvada görüşünə hazırdır”

Zaxarovadan Paşinyanla bağlı açıqlama

Tofiq Zülfüqarov: “Rusiya və Ermənistan arasında böhran daha da dərinləşəcək”

Rusiya bu nizamlanmada siyasi gücünü itirir.

Rusiya Ermənistanın qərarını qəbuledilməz hesab edir