Gündəm / Siyasət / Dünya
Rusiya bu nizamlanmada siyasi gücünü itirir.

ABŞ və Aİ-nin fəallaşması fonunda Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında siyasi eksklüzivliyini itirir.
Globalpress.az xəbər verir ki, bu fikri rusiyalı beynəlxalq politoloq Sergey Markedonov özünün Teleqram kanalında bildirib.
Onun fikrincə, Ermənistan TŞ katibi Armen Qriqoryanın təqdim etdiyi siyasi və diplomatik dizayn Qərbin vasitəçiliyi ilə əldə olunan çərçivə razılaşmasının əvvəlkindən daha yaxın olduğunu göstərir.
Markedonov hesab edir ki, ABŞ-yə üstünlük verən Ermənistan qazancdan çox itirə bilər, lakin Rusiya üçün bu yaxşı təsəlli deyil.
“Digər tərəfdən, isterikaya qapılmayın və “mühafizə!” qışqırmayın. Amma başa düşmək lazımdır ki, Rusiya Ermənistan-Azərbaycan nizamlanmasında siyasi eksklüzivliyini itirir”, - ekspert vurğulayıb.
Markedonov əlavə edib ki, ABŞ və Aİ tərəfindən moderatorluq edilən çərçivə sazişi bu tendensiyanı gücləndirəcək.
Markedonovun fikrincə, bu rəqabətdə hazırkı məqamda Moskva bərabərlər arasında birinci olmaq qeyri-rəsmi statusunu itirərək bu prosesə qoşulur.
“Dönüşsüz deyil, lakin narahatlıq üçün əsaslar var. Səhvlər üzərində ciddi iş son dərəcə vacibdir”, - rusiyalı politoloq qeyd edib.
Daha çox xəbər: