Gündəm / Hadisə / Dünya
08:40, 01 Eylül 2023
0

Rusiyada fövqəladə vəziyyət elan olunub

AXTAR...
Publika.az
Publika.az
MDBRusiyada fövqəladə vəziyyət tətbiq edildi: 217 nəfər...1 Sentyabr 2023 02:12

Rusiyanın Saxalin vilayətinin Yujno-Saxalinsk şəhərində güclü leysan səbəbindən fövqəladə vəziyyət tətbiq edilib.

Globalpress.az xəbər verir ki, bu barədə şəhərinin meriyasının "Telegram" kanalında məlumat verilib.

Hadisəyə görə, şəhərin meri Sergey Nadsadinin rəhbərliyi ilə operativ qərargah yaradılıb.

Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, beş rayonun ərazisində: Dolinski, Anivski, Korsakovski, Xolmski, eləcə də Yujno-Saxalinskdə güclü, bəzi yerlərdə olduqca çox leysan yağıb və suyun səviyyəsində kəskin artım olub. Şəhərin aşağı hissəsinin su altında qalacağı gözlənilir.

Hazırda siklonun nəticələrinin aradan qaldırılması işləri davam etdirilir, 62 fərdi yaşayış evi daşqın zonasına düşüb ki, orada 217 nəfər, o cümlədən 43 uşaq yaşayır. Xilasedicilər 25 nəfəri təxliyyə ediblər, iki müvəqqəti məskunlaşma məntəqəsi açılıb, fərdi yaşayış evlərinin və dövlət qurumlarının su basmış zirzəmilərindən su çəkilir.
Digər xəbərlər: