Gündəm / Siyasət / Dünya
13:47, 28 Ağustos 2023
0

Xanım nazir vəzifəsindən uzaqlaşdırılıb

Xanım nazir  vəzifəsindən  uzaqlaşdırılıb


Liviya Milli Birlik Hökumətinin baş naziri Abdulhamid Dibeybe xarici işlər naziri Necla əl-Menquşun vəzifəsinin dayandırılması və barəsində istintaq başladılması ilə bağlı qərar verib.

Globalpress.az xəbər verir ki, qərarda Menquşla bağlı araşdırmanın Liviyanın ədliyyə nazirinin sədrliyi ilə yaradılacaq komissiya tərəfindən aparılacağı qeyd edilib.

Buna səbəb Menquşun İtaliyada İsrailin xarici işlər naziri Eli Kohenlə görüşməsi olub.

Qeyd edək ki, Liviya İsraili dövlət kimi tanımır və ölkələr arasında diplomatik münasibətlər mövcud deyil.

Mənbə // Anadolu
Digər xəbərlər: