Gündəm / Siyasət / Dünya
Ukrayna böhranla üz- üzə

Ukrayna ordusu ABŞ-ın məsləhətinə əhəmiyyət vermədən cəbhədə bildiyi taktikanı tətbiq edib.
Globalpress.az- ın məlumatına görə, “New York Times” qəzeti yazır ki, müharibədə müttəfiqlər arasında yaranmış, nə vaxt və necə bitəcəyini heç kimin təxmin edə bilməyəcəyi bir böhran yaranıb.
Qəzetin məlumatına görə, Kiyev administrasiyasına on milyardlarla dollarlıq silah, o cümlədən “Patriot” hava hücumundan müdafiə sistemləri göndərən ABŞ-ın Ukrayna ordusuna verdiyi məsləhətə əməl edilməyib.
Ukraynalılar cənub və şərq cəbhələrində Rusiyanın müdafiə xətlərini yarmağa çalışarkən, şimal-şərqdə - Kupyanskdə gözlənilməz həmlə ilə qarşılaşıblar. Rusiya ordusu döyüş təyyarələrinin də bombardmanda iştirak etdiyi Kupyanskdə irəliləyib, bunun üzərinə Ukrayna şimal-şərqdəki bölgəni müdafiə etmək üçün əlavə qüvvələr göndərməli olub.
ABŞ Müdafiə Nazirliyi - Pentaqon Ukrayna ordusunun Rusiyanın müdafiə xəttini yarmaq üçün cəbhənin bir hissəsinə mümkün qədər böyük qüvvə cəmləşdirməsini istəyib. Lakin ukraynalılar bunun əvəzində qoşunları cənub və şərq cəbhələrində bərabər paylayıblar.
Ukrayna lideri Vladimir Zelenski isə Vaşinqtonun tənqidlərinə birbaşa cavab verərək Xarkov və Donbasdan əl çəkməyəcəklərini vurğulayıb.
“The New York Times” yazır ki, Rusiya qüvvələrinin Kupyanski yenidən ələ keçirməsi çətin olsa da, onların Oskol çayına doğru irəliləyərək çayın şimalını müdafiə xəttinə çevirmək ehtimalı azdır.
Qeyd edək ki, son aylar Rusiyanın hərbi gəmilərinə və Qara dənizdəki digər hədəflərinə pilotsuz dəniz vasitələri ilə hücum edən Ukrayna, ilk dəfə olaraq donanması daxilində dəniz pilotsuz təyyarə qrupu yaradıb. Ukrayna lideri V. Zelenski Müstəqillik Günü tədbirində 385-ci xüsusi təyinatlı pilotsuz dəniz sistemləri briqadasına döyüş bayrağı təqdim edib. Beləliklə, Ukrayna ordusunun kamikadze pilotsuz uçuş aparatları üçün xüsusi bölmə yaratdığı rəsmən təsdiqlənib.