Gündəm / Siyasət / Dünya
Rusiyanın " KİNJAL" I vurulub

Rusiyanın “Kinjal” hipersonik raketi Kiyev vilayətində “Patriot” hava hücumundan müdafiə sistemi ilə vurulub.
Globalpress.az- ın məlumatına görə, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşçuk açıqlayıb.
Mayın 4-nə keçən gecə X-47 raketinin Rusiya ərazisindən MiQ-31K təyyarəsi ilə buraxıldığını deyən Oleşçuk raketin Kiyev hava məkanında vurulduğunu bildirib.
“Patriot hava hücumundan müdafiə sistemi Rusiyanın "misli görünməmiş Kinjal" raketini vurub. Bu tarixi hadisə münasibətilə Ukrayna xalqını təbrik edirəm”,- deyə o qeyd edib.