Gündəm / Cəmiyyət
Yanğına qarşı silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.
Bu çərçivədə, Gəncə şəhərindəki Gəncə uşaq evində, 4 saylı Gəncə və 3 saylı Göygöl Psixonevroloji Sosial Xidmət müəssisələrində, 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzində, Tovuz Regional Meşə Təsərrüfatı Mərkəzinin Cırdaxan Meşəbəyliyində, Şəmkir Regional Meşə Təsərrüfatı Mərkəzinin Şəmkir Meşəbəyliyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərdə yanğınların baş vermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.
Həmçinin, Tovuz rayonunun Qovlar şəhəri ərazisində Qovlar şəhər parkında, Qazax rayonunun Çaylı kəndində kənd qəbirstanlığında quru otların, kol-kos və məişət tullantılarının təmizlənməsi təmin olunub.



Daha çox xəbər:

Şimal bölgəsində yanğın təhlükəsizliyi ilə bağlı silsilə maarifləndirmə tədbirləri keçirilib

FHN-in Şimal-qərb Regional Mərkəzi yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

FHN-in Gəncə Regional Mərkəzində birgə seminar-müşavirə keçirilib