Gündəm / Cəmiyyət
17:38, 19 Ağustos 2023
0

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib


Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Respublika Gigiyena və Epidemiologiya Mərkəzində və Respublika Neyrocərrahiyyə Xəstəxanasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Abşeron rayonunda yerləşən parklarda və istirahət mərkəzlərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən 10 saylı Yol İstismarı MMC-də və Qəbələ rayon Uşaq Reabilitasiya Mərkəzində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayon Mexaniki suvarma idarəsində və Cənub Regional Mərkəzi tərəfindən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Digər xəbərlər: