Gündəm / İqtisadiyyat / Dünya
11:26, 23 Ağustos 2023
0

Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır.

Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır.


Türkiyə və BMT “taxıl sazişi”nə dair təkliflər hazırlayır.

Globalpress.az xəbər verir ki, bu barədə “RİA Novosti“ məlumat yayıb.

Agentliyin məlumatına əsasən, danışıqlar prosesində iştirak edən mənbə bildirib ki, Türkiyə və BMT Rusiya tərəfi üçün “taxıl sazişi”ni bərpa etmək üçün təkliflər hazırlayır, bəzi problemli məsələlər qalır və onlar əsasən bank prosesləri ilə bağlıdır.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyanın qarşısında üzərinə öhdəliklər götürən tərəflər həmin öhdəlikləri real yerinə yetirəcəyi təqdirdə ölkəsi “taxıl sazişi”nə qayıtmağa hazırdır.

Xatırladaq ki, Rusiya “taxıl sazişi”ndə iştirakını 18 iyulda dayandırıb, Türkiyə, Ukrayna və BMT-ni bu barədə məlumatlandırıb. Rusiya lideri bunu onunla izah edib ki, BMT-nin səylərinə baxmayaraq, razılaşmada Rusiyanın xeyrinə aid olan hissəsinin şərtləri yerinə yetirilməyib, çünki Qərb ölkələri vədlərinə əməl etmək niyyətində deyillər.
Digər xəbərlər: