Gündəm / Siyasət / Dünya
Taxıl sazişi barədə fikir mübadiləsi aparırıq

Rusiya XİN: Türkiyə ilə taxıl sövdələşməsinə yenidən baxıla bilər
Rusiya Türkiyə ilə yeni taxıl sazişinin mümkünlüyünü etiraf edir.
Globalpress.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin deyib.
Onun sözlərinə görə, taxıl və gübrələrin dünya bazarlarına tədarükünün bundan sonra da davam etdirilməsi üçün istənilən varianta baxıla bilər:
"Türkiyə ilə sıx qarşılıqlı əlaqəmiz var və hazırda onlarla təmasdayıq və indiki vəziyyətdə nə edəcəyimiz barədə fikir mübadiləsi aparırıq".
Verşinin əlavə edib ki, Rusiya Türkiyə ilə yüksək səviyyəli təmaslar üzərində işləyir.
Taxıl sazişi iyulun 18-də dayandırılıb, Rusiya Federasiyası Türkiyə, Ukrayna və BMT-ni onun uzadılmasına etirazı barədə məlumatlandırıb.
Mənbə / RİA Novosti