Gündəm / Siyasət / Dünya
"Taxıl Sazişinin " uzadılması müzakirə olunacaq

Rusiya yaxın vaxtlarda BMT rəhbərliyi ilə “taxıl sazişi”nin gələcək mexanizmini müəyyən edəcək danışıqlar aparacaq.
Globalpress.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Müzakirələrin Cenevrədə keçiriləcəyi bildirilir.
Agentliyin həmsöhbəti taxıl sövdələşməsinin taleyinin hələ müəyyənləşmədiyini deyib.
“Taxıl sazişi”nin uzadılmasının mümkünlüyünə gəlincə, mənbə bu istiqamətdə danışıqların davam etdiriləcəyini qeyd edib.