Gündəm / Siyasət / Dünya
08:12, 15 Ağustos 2023
0

Bu diplomatik yolla həll olunmalıdır

Bu diplomatik  yolla  həll  olunmalıdır


Amerika Birləşmiş Ştatları Nigerdəki vəziyyətin diplomatik yolla həllinə sadiqdir.

Globalpress.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin müavini Vedant Patel brifinqdə deyib.

“Qərbi Afrika Ölkələri İqtisadi Birliyi (ECOWAS) açıq şəkildə bildirdi ki, hərbi müdaxilə son çarə olmalıdır. Biz bununla razılaşırıq və məsələnin diplomatik yolla həllinə çalışırıq. Biz ECOWAS ilə sıx əlaqə saxlayırıq", - deyə o bildirib.

Vedant Patel qeyd edib ki, ABŞ vəziyyətin sülh yolu ilə həllini istəyir.
Digər xəbərlər: