Gündəm / Hadisə / Dünya
Yanğın səbəbindən ölənlər var

Avstraliyada evdə baş verən yanğında 6 nəfər ölüb.
Globalpress.az xəbər verir ki, bu barədə Kvinslend polisi məlumat yayıb. Məlumatda, həmçinin 34 yaşlı kişinin və beş oğlan uşağının itkin düşdüyü bildirilib. Qeyd olunub ki, iki qadın evdən çıxa bilib və xəstəxanaya aparılıb. Onların vəziyyəti stabildir.
Yanğın evi sıradan çıxarıb və üç qonşu obyektə də keçib.
Hadisənin səbəbləri araşdırılır.