Gündəm / Cəmiyyət
Adı “Qırmızı Kitab”a düşmüş Şərq tibb zəlisi ovlayan şəxs cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması, Dövlət Ekoloji Təhlükəsizlik xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Varvara Ovçuluq Təsərrüfatının ərazisində adı Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş Şərq tibb zəlisi ovlayan şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, araşdırma zamanı zəli ovlayan şəxsin Sumqayıt şəhər sakini Azər Cəfərov olduğu müəyyən edilib, ondan ovlanmış zəlilər götürülüb.
“Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb”.
Daha çox xəbər:

Xaçmazda adı “Qırmızı kitab”a düşmüş quşu qanunsuz ovlayan şəxslər saxlanılıb

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri, Xaçmaz və Astara rayonları akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

Mayın 1- dən sentyabrın 1- dək....

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatı