Gündəm / Cəmiyyət / Sosial
Mayın 1- dən sentyabrın 1- dək....

May ayının 1-dən balıq ovuna moratorium qüvvəyə minir.
Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2023-cü il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.
Qlobalpress.az- ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olanlar barəsində qanunamüvafiq tədbirlər görülür.
Xidmət rəsmisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb.
Daha çox xəbər:

Polis Azərbaycanda bu videodakı şəxsləri axtarır - VİDEO

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri, Xaçmaz və Astara rayonları akvatoriyasında, Kür çayında və Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs

Qanunsuz balıq ovlayan şəxslər cəzalandırıldı

Qanunsuz balıq ovladığına görə 20 nəfər saxlanılıb

ETSN və Su Nəqliyyatında Polis İdarəsi birgə reyd keçirib