Gündəm / Siyasət / Dünya
19:54, 02 Ağustos 2023
0

Polşada nə qədər Ukraynalı var?

Polşada  nə qədər  Ukraynalı var?


Avqustun 1-nə Ukraynadan Polşaya daxil olanların sayı 14 milyon 182 min, ölkəni tərk edənlərin sayı isə 12 milyonu keçib.

Globalpress.az xəbər verir ki, Polşa Sərhəd Mühafizəsinin sosial media hesabında paylaşılan yazıda Ukrayna-Rusiya müharibəsi başlayandan bu yana ölkəyə sıx keçidin olduğu bildirilib.

"Müharibə başlayandan bu yana Ukraynadan Polşaya tranzitlərin sayı 14 milyon 182 minə çatıb" ,- deyə əlavə edilib.

Polşanı tərk edən ukraynalıların ümumi sayının 12 milyon 399 min nəfər olduğu qeyd edilib.

Polşa hakimiyyətinin verdiyi açıqlamalara görə, ölkədə təxminən 2 milyon ukraynalı yaşayır.
Digər xəbərlər: