Gündəm / Siyasət / Dünya
07:35, 25 May 2023
0

Müharibə başlayandan Ukraynadan olan qaçqınların sayı

Müharibə  başlayandan Ukraynadan olan  qaçqınların  sayı


Rusiya müharibəsi başlayandan Avropa ölkələrinə Ukraynadan gələn qaçqınların sayı 8 milyon 249 min 55 nəfərə çatıb.

Globalpress.az- ın məlumatına görə, son bir həftə ərzində onların sayı 8 766 nəfər artıb.

24 fevral 2022-ci il tarixindən 23 may 2023-cü il tarixədək qaçqınların əksəriyyəti Rusiya ərazisinə keçib – 2 852 395, qəbul edilən qaçqınların sayına görə ikinci yeri Polşa (1 605 738) tutur. Siyahıda sonrakı yerləri Almaniya (1 061 623), Çexiya (520 234), Böyük Britaniya (204 700), İspaniya (179 884), İtaliya (175 107), Bolqarıstan (159 225), Rumıniya (132 362), Fransa (118 994) (118 994) və Slovakiya (116 718), Moldova (108.889) tutur.

Digər ölkələrdə isə bu rəqəm 100 mini keçmir. Qeyd edilir ki, 5 246 661 ukraynalı qaçqın müvəqqəti müdafiə və dəstək üzrə milli proqramlara daxildir
Digər xəbərlər: