Gündəm / Siyasət / Dünya
Belarus bu ittihamı rədd edib

Minsk Polşa sərhədini pozması ilə bağlı olan ittihamı rədd edib
Belarusun Müdafiə Nazirliyi Polşanın Belarus HHQ-nə helikopterlərin sərhədi pozması ilə bağlı ittihamlarına cavab verib.
Globalpress.az- ınməlumatına görə, idarə Polşa hakimiyyətinin bəyanatını təkzib edərək qeyd edib ki, bununla onlar Belarus və Polşa sərhədi yaxınlığında silahlı qüvvələrin artırılmasına haqq qazandırmağa çalışırlar.
“Belarus Hərbi Hava Qüvvələrinə məxsus Mi-24 və Mi-8 helikopterlərinin Polşa sərhədini pozması ittihamları uydurmadır”, - rəsmi Minskin bəyanatında deyilir.