Gündəm / Cəmiyyət / Sosial
20:55, 31 Temmuz 2023
0

Daşınmaz əmlakın sənədləşməsində yeni tariflər olacaq

Daşınmaz əmlakın sənədləşməsində yeni  tariflər  olacaq


Tarif (Qiymət) Şurası daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tariflərinin tənzimlənməsi barədə qərar qəbul edib.

Globalpress.az xəbər verir ki, qərara əsasən, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri təsdiq edilib.

Əvəzində Şuranın "İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin qurumları tərəfindən daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” 4 yanvar 2021-ci il tarixli qərarı ləğv edilib.

Bu qərar avqustun 14-dən qüvvəyə minir.
Digər xəbərlər: