Gündəm / Cəmiyyət / Sosial
Dövlət Mükafatları Komissiyasının yeni tərkibi təsdiq edildi

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvləri dəyişib.
Globalpress.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, Komissiyada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti qismində təmsil olunmuş Ramiz Mehdiyevi Akademiyanın hazırkı prezidenti İsa Həbibbəyli, mədəniyyət naziri kimi təmsil olunmuş Əbülfəs Qarayevi Adil Kərimli, səhiyyə naziri kimi təmsil olunmuş Oqtay Şirəliyevi Teymur Musayev, elm və təhsil naziri kimi təmsil olunmuş Ceyhun Bayramovu Emin Əmrullayev əvəzləyib.
O cümlədən Komissiyada İbrahim Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti deyil, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti kimi təmsil olunacaq. Komissiyada Eldar Ömərov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru deyil, artıq Xalq rəssamı, Natiq Əliyev isə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru kimi təmsil olunacaq.
Daha çox xəbər:

“Azərbaycan Elm Fondu” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edildi

İTV - nin Yayım Şurasına sədr seçildi

Təhsil Nazirliyinin adı dəyişdirildi 28 İyul 2022 18:06Baxış: 1 525

DTX rəisinə yeni vəzifə verildi - PREZİDENTDƏN SƏRƏNCAM

Milli Aviasiya Akademiyasının iki elm xadimi vəfat edib - FOTO