Gündəm / Cəmiyyət / Sosial
İTV - nin Yayım Şurasına sədr seçildi

Globalpress.az xəbər verir ki, bugün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.
Toplantıda Yayım Şurasına yeni sədr seçkisi ilə bağlı məsələyə baxılıb.
Qurum üzvləri sədrliyə Azərbaycan Milli Elmlər Akademiyasını Şurada təmsil edən Teymur Kərimlinin namizədliyini irəli sürüblər. Açıq səsvermə yolu ilə Teymur Kərimli yekdilliklə 2029-cu ilədək Yayım Şurasının sədri seçilib.
Xatırladaq ki, Yayım Şurası 9 nəfərdən ibarətdir. İctimai televiziya və radio yayımı haqqında qanuna əsasən, bu şəxslərin namizədliyi Həmkarlar İttifaqları Konfederasiyası, Mətbuat Şurası, Azərbaycan Milli Elmlər Akademiyası, idman federasiyaları, gənclər təşkilatları, dini konfessiyalar, Sahibkarlar Şurası, qadın cəmiyyətləri, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiq olunur.
Teymur Kərimli 1953-cü ildə anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir. Teymur Kərimli filologiya üzrə elmlər doktoru, bir çox kitabın və elmi araşdırmaların müəllifidir.
Daha çox xəbər:

İTV Yayım Şurasına yeni namizədlər

İTV Yayım Şurasına yeni namizədlər

Prezident və Birinci vitse-prezident Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoyublar - FOTO

Prezident və Birinci vitse-prezident Şuşa Radio-Televiziya Yayım Stansiyasının təməlini qoyublar - FOTO

Prezident İTV-yə 640 min dollar ayırdı