Gündəm / Cəmiyyət / Sosial
BNA- nın səlahiyyətli şəxsləri həbs olundu

Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxsin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
Globalpress.az xəbər verir ki, bu Baş Prokururluqdan bildirilib.
İstintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxumağa dəyər: Azərbaycan və Misir Hökumətlərarası Müştərək Komissiyasının iclasının gündəliyi açıqlanıb
Hüquqazidd əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Daha çox xəbər:

AZƏRBAYCANDA VƏZİFƏLİ ŞƏXSLƏR HƏBS EDİLDİ - Baş Prokurorluq məlumat yaydı

Azərbaycanda vəzifəli şəxslər saxlanıldı

Əlilliyi təyin edən komissiya sədrinə 10 il həbs cəzası verildi

Rüşvət alan mərkəz direktorunun cinayət işi icraata verildi

Rüşvət alan nazirliyin keçmiş işçisinin cinayət işi məhkəməyə göndərildi