Gündəm / Cəmiyyət / Hadisə
Azərbaycanda vəzifəli şəxslər saxlanıldı
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Abşeron rayonu Saray bələdiyyəsinin sədrinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına dair mediadan daxil olmuş sorğulara cavab olaraq bildiririk ki, əvvəl məlumat verildiyi kimi İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin və ayrı-ayrı bələdiyyələrin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı zamanı bir sıra vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin edilmişdir.
İstintaqın hazırki mərhələsində isə əlavə olaraq qabaqcadan əlbir olan bir qrup şəklində bələdiyyə torpaqlarının satışının həyata keçirilməsi ilə əlaqədar müvafiq rəy verilməsi müqabilində rüşvət almalarına əsaslı şübhələr müəyyən olunan Abşeron rayon Saray bələdiyyəsinin sədri Məhi Həsənov, habelə ƏMDX-nin Xaçmaz ərazi şöbəsinin müdiri Aydın Cəfərov, Qəbələ ərazi şöbəsinin müdiri Baği Məsimov və Sumqayıt şəhər bələdiyyəsinin şöbə müdiri Şıxəli Abbasov 30 iyul 2022-ci il tarixdə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 32.5, 311.3.1 (rüşvət almaqda köməkçilik) və 312.1-ci (rüşvət vermə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda iş üzrə istintaq davam edir.
Daha çox xəbər:

AZƏRBAYCANDA VƏZİFƏLİ ŞƏXSLƏR HƏBS EDİLDİ - Baş Prokurorluq məlumat yaydı

Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsinə cinayət işi açıldı

Rüşvət alan nazirliyin keçmiş işçisinin cinayət işi məhkəməyə göndərildi

Əməkhaqqı kartları ilə bağlı növbəti maxinasiya: Vəzifəli şəxs barəsində cinayət işi başlandı

Göyçayda əməliyyat keçirilib, vəzifəli şəxslər saxlanılıb