Gündəm / Siyasət / Cəmiyyət
17:00, 21 Temmuz 2023
0

Prezident Rusiya- Azərbaycan Bəyannaməsi haqda danışdı

Prezident  Rusiya- Azərbaycan  Bəyannaməsi  haqda danışdı


Keçən ilin fevralında imzalanmış Bəyannamə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yeni mərhələsidir. Bu Bəyannamə müstəqilliyin müxtəlif dövrlərində müxtəlif şəkildə təşəkkür tapan münasibətlərin bir formasıdır.

Globalpress.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Əlaqələrin artıq yeni strateji mərhələyə qədəm qoyduğunu qeyd edən dövlətimizin başçısı bildirib: “Hər iki ölkənin həyata keçirdiyi işlərin həcminə baxarkən görünür ki, hər iki tərəf əməkdaşlığın gücləndirilməsinə və konkret nəticəyə yönəlmiş işbirliyinə yönəlib. Biz bu münasibətlərin dərinliyinə yaxşı bələdik. Bizim qarşılıqlı əlaqələrin sferası olduqca genişdir”.
Digər xəbərlər: