Gündəm / Siyasət / Dünya
07:17, 14 Temmuz 2023
0

Liderlər həmişə konsensusa gəliblər

Liderlər həmişə konsensusa gəliblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə taxıl müqaviləsinin müddəti bitənə qədər danışıqlar aparmaq niyyətindədir.

Globalpress.az- ın məlumatına görə, bu barədə cümə axşamı hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi Ömər Çelik “Habertürk” telekanalının efirində bildirib.

Ö.Çelik qeyd edib ki, ikitərəfli münasibətlərdə, o cümlədən Ankaranın İsveçin NATO-ya qəbulu üçün protokolun ratifikasiyası prosesini sürətləndirmək qərarı ilə bağlı böhran gözlənilmir.

“Münasibətlərdə böhran olmayacaq, bunu gözləmək lazım deyil. Hər iki lider həssas mövzularda həmişə ortaq dil tapıb”, - Ö.Çelik bildirib.

O, həmçinin V.Putinin Türkiyəyə səfərinin mümkünlüyünü də istisna etməyib.
Digər xəbərlər: