Gündəm / Siyasət / Dünya
21:03, 25 Ocak 2023
0

Türkiyə NATO-dan çıxır? - RƏSMİ

Türkiyə NATO-dan çıxır? - RƏSMİ


“Ankaranın NATO-dan çıxmaq planı yoxdur.
Globalpress.az- ın məlumatına görə bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik CNN Türk telekanalına müsahibəsində deyib.

O, rəqib “Vatan” partiyasının sədr müavini Ethem Sancakın Ankaraya qarşı təxribat xarakterli hərəkətlərə görə Türkiyənin guya 6 ay ərzində NATO-dan çıxa biləcəyi ilə bağlı sözlərini tənqid edib.

Çelik Türkiyənin Şimali Atlantika alyansı üçün üzvlüyünün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın partiyası blokdan çıxmaq imkanını belə nəzərdən keçirmir.

“Türkiyənin NATO-dan çıxmasından danışanların sözləri son dərəcə təəccüblüdür. Bu barədə heç bir söhbət yoxdur. Biz NATO-nun qurucu ölkələrindən biriyik. Bu adamların belə şeylər deməyə haqqı yoxdur”, - AKP sözçüsü bildirib.

Xatırladaq ki, Türkiyənin “Vatan” Partiyasının sədr müavini Ethem Sancak bildirib ki, Türkiyə 5-6 ay ərzində Şimali Atlantika Alyansından çıxa bilər. “NATO öz təxribatları ilə bizi buna məcbur edir. Bizi qonşumuz Yunanıstana qarşı qoymağa çalışırlar. Türkiyə 5-6 aya NATO-dan çıxacaq. Bizi Yaxın Şərqin burulğanına sürükləməyə çalışırlar. Nəhayət, İsveç və Niderlandda Qurana qarşı hərəkətləri görürsünüz”, - deyə Sancak bildirib.
Digər xəbərlər: