Gündəm / Siyasət / Dünya
Türkiyə və İsveç razılığa gəliblər

NATO-ya üzvlüklə bağlı danışıqlar davam etdiriləcək
Rəsmi Ankara və Stokholm İsveçin NATO üzvlüyünün ratifikasiyası üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.
Globalpress.az- ın məlumatına görə,bu barədə “Bloomberg” yazıb.
"Danışıqlar bərpa olundu və biz görüşləri davam etdirmək barədə razılığa gəldik", deyə İsveç tərəfinin baş müzakirəçisi Oskar Stenstrom bildirib.
Diplomat Alyansın Brüsseldəki mənzil-qərargahında NATO-nun baş katibi Yens Stoltenberqin də iştirak etdiyi görüşü “irəliyə atılmış kiçik addım” adlandırıb. O bildirib ki, Türkiyə İsveç və Finlandiyanın ötən ilin iyununda üç ölkənin imzaladığı sazişin həyata keçirilməsi üçün atdığı addımları tanıyıb.
Bundan əvvəl Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirmişdi ki, Ankara İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı sazişi yalnız üçtərəfli memorandum yerinə yetirildiyi təqdirdə ratifikasiya etməyə razılaşıb.
Finlandiyanın müdafiə naziri Antti Kaikkonen təklif edib ki, Macarıstan və Türkiyə iyulda Vilnüsdə keçiriləcək sammitə qədər ölkənin NATO üzvlüyünü ratifikasiya etsinlər: "Mən deyərdim ki, finiş xətti artıq göz qabağındadır, amma bəlkə də hələ bir az səbirə ehtiyacımız var".
Qeyd edək ki, 2022-ci ilin iyulunda NATO-ya üzv ölkələr İsveç və Finlandiyanın Alyansa üzv olması haqqında protokollar imzalayıblar. NATO-ya üzv olan bütün ölkələr üzvlük protokollarını ratifikasiya etdikdən sonra bu dövlətlər NATO-nun bir hissəsi olacaq. Hazırda yalnız Macarıstan və Türkiyə Finlandiya və İsveçin Alyansa üzvlüyünü ratifikasiya etməyiblər.
Daha çox xəbər:

Türkiyə İsbeç və Finlandiyanın NATO- ya qəbul edilməsini müzakirə edəcək

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik

NATO baş katibi: “Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını başa düşməliyik

REGİONAnkara İsveç və Finlandiyaya NATO ilə bağlı VAXT QOYDU

Rusiya MN İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı tədbirlər planı hazırladı