Gündəm / Siyasət / Dünya
Moldova prezidenti Gürcüstan Hökumətinə çağırış edib

Moldova Prezidenti Maya Sandu sabiq prezident Mixeil Saakaşvili ilə bağlı Gürcüstan hökumətinə çağırış edib.
Globalpress.az- ın məlumatına görə, bununla bağlı Moldova dövlət başçısı "Twitter" hesabında paylaşım edib.
Saakaşvilinin məhkəmədəki ağır görüntülərindən dərin narahatlıq keçirdiyini bildirən Prezident Sandu onun həbsdə olduğu müddətdə səhhətinin kəskin şəkildə pisləşdiyini vurğulayıb:
“Gürcüstan hakimiyyətini onun sağlamlığına əhəmiyyət verməyə və təcili olaraq xaricdə onun həyatı üçün vacib olan müalicəni təmin etməyə çağırıram”, - deyə Moldova Prezidenti qeyd edib.