Gündəm / Siyasət / Dünya
Moldova Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir

Moldova Prezidenti Maya Sandu Kişinyovda Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb.
Globalpress.az- ın məlumatına görə bu barədə
Prezidentin Mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə qonşu ölkədəki vəziyyəti və regionda təhlükəsizlik çağırışlarını müzakirə edib və Moldova Respublikasının Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqləyib. Sandu qeyd edib ki, ölkəmiz Ukraynanın sülh planını dəstəkləyir”, - deyə məlumatda qeyd olunub.
Moldova Prezidentinin mətbuat xidməti bildirib ki, Sandu və Kuleba Kiyev və Kişinyovun Avropaya inteqrasiya kursundan da danışıblar.
Nazirlikdən bildirilib ki, tərəflər iki ölkənin Avropa İttifaqına daxil olması prosesinin sürətləndirilməsi üçün zəruri olan islahatların həyata keçirilməsində qarşılıqlı yardımın yollarını müzakirə ediblər.