Gündəm / Siyasət / Dünya
16:46, 04 Temmuz 2023
0

İran bu təşkilata üzv oldu

İran bu təşkilata üzv  oldu


Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) İranın assosiasiyaya üzv ölkələr sırasına daxil olduğunu rəsmən elan edib.
Globalpress.az- ın məlumatına görə, qərar təşkilatın Hindistanın sədrliyi ilə keçirilən 23-cü sammitində qəbul edilib. Virtual görüşü ŞƏT katibliyi aparır.

İran dövlətlərarası təşkilatın doqquzuncu üzvü olub. Onun təşkilata qoşulması ilə bağlı öhdəlik memorandumu 2022-ci ilin sentyabrında ŞƏT-in Səmərqənddə keçirilən sammitində imzalanmışdı.
Qeyd edək ki, ŞƏT 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi, 2017-ci ildə Hindistan və Pakistan da onlara qoşulublar.

Mənbə/ TASS
Digər xəbərlər: