Gündəm / Siyasət / Dünya
Liderlər nəyi müzakirə edəcəklər

Putin, Si Cinpin və Modi bugünkü sammitdə nəyi müzakirə edəcək?- “Reuters” açıqladı.
Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Hindistanın Baş naziri Narendra Modi ŞƏT-in bugünkü onlayn sammitində İran və Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına daxil olmasını müzakirə edəcəklər.
Globalpress- ın məlumatına görə ,bu Rusiya lideri üçün “Vaqner”in qiyam cəhdinin qarşısının alınmasından sonra beynəlxalq tədbirdə ilk çıxış olacaq.
“ŞƏT liderləri Hindistanın ev sahibliyi ilə Avrasiya qrupunun İranı da daxil etmək üçün təsirini genişləndirmək və Belarusa üzvlük yolunu açmaq üçün onlayn sammit keçirəcəklər”, – məlumatda deyilir.
Mənbə "Reuters "